» » İslam Əməkdaşlıq Təşkilatı İraqdakı vəziyyətdən narahatdır

İslam Əməkdaşlıq Təşkilatı İraqdakı vəziyyətdən narahatdır

Bölmə: Dünya
İslam Əməkdaşlıq Təşkilatı İraqdakı vəziyyətdən narahatdır
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni İraqdakı vəziyyətlə bağlı narahatlığını ifadə edib. Trend-in məlumatına görə, bu barədə təşkilatın cümə günü yaydığı məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, İƏT İraq liderlərini ölkədə, xüsusilə Mosul şəhərində böhranlı vəziyyətin aradan qaldırılması üçün qətiyyətli tədbirlər görməyə çağırıb.
Məlumatda deyilir ki, İraqdakı böhranlı vəziyyət dövlətin birliyinə ciddi təhlükədir.
Son məlumatlara görə, bir az əvvəl Mosul və Tikriti ələ keçirən "İraq və Şam İslam Dövləti" qruplaşmasının yaraqlıları Bağdadı tutmağı planlaşdırırlar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler