» » Hindistanda körpünün ucmanı onlarla can aldı

Hindistanda körpünün ucmanı onlarla can aldı

Bölmə: Dünya, MANŞET
Hindistan xilasediciləri ölkənin qərbində körpünün uçması nəticəsində həlak olan 13 nəfərin meytini aşkar ediblər, 42 nəfər itkin düşmüş hesab edilir.

Xalqinfo.az Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata əsasən xəbər verir ki, bu barədə faciənin baş verdiyi Maharaştra ştatının baş naziri Devendra Fandavis bildirib.

“Sudan 13 nəfərin meyiti çıxarılıb, onlardan çoxunu su 100 km-dən çox məsafədə dənizə aparıb. 42 nəfər itkin düşmüş hesab edilir, ona görə də axtarışlar aparılacaq”, - bu barədə baş nazir hind kanalına verdiyi müsahibədə bildirib.

Leysan yağışlar nəticəsində Savitri çayında suyun səviyyəsi Hindistanda ingilis hakimiyyəti dövrünə aid körpünü uçura biləcək qədər artıb.

Dəqiqləşdirilmiş məlumata görə, hadisə zamanı körpüdə iki avtobus və dörd-beş şəxsi avtomobil olub.


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler