» » Türkiyə Qərbin bütün planlarını pozur

Türkiyə Qərbin bütün planlarını pozur

Bölmə: Dünya, BLOK XƏBƏR
Türkiyə Qərbin bütün planlarını pozurTürkiyədəki çevriliş cəhdinin arxasında çox güclü əllər dayanır. Heç bir çevrilişə cəhd siyasi dəstəksiz həyata keçirilmir.

Xalqinfo.az bildirir ki,bu sözlər politoloq Fikrət Sadıqovun Axar.az-a verdiyi açıqlamada yer alır. Politoloq bildirib ki, Türkiyəni hədəf alan xarici qüvvələrin əsas məqsədi siyasi rejimin dəyişilməsi və ya başqa bir istiqamətə yönəldilməsi idi:

“Türkiyə bu il çox uğurlu siyasi hadisələrə imza atdı. Hər halda Rusiyaya qarşı olan qüvvələrin Ankara-Moskva münasibətlərinin yaxşılaşmasından narahat olmaları göz qabağındadır. Çünki həmin qüvvələr faktiki olaraq Türkiyənin kifayət qədər müstəqil kurs aparmasını və belə bir dönəmdə Rusiya ilə bağlı məsələdəki ciddiliyini həzm edə bilmirlər. Bu, müəyyən xarici qüvvələrin maraqlarına ziddiyyət təşkil edir. Əlbəttə ki, buna dözümsüzlük və Ankaranın bu siyasətini qəbul etməmək cəhdləri artıq göz qabağındadır. Düşünmürəm ki, Türkiyənin İsraillə münasibətlərini qaydaya salması Qərbi qıcıqlandıra bilər. Ancaq Ankaranın Moskva ilə yenidən əvvəlki əlaqələrinə qayıtması görünür, bəzi siyasi qüvvələrin bütün planlarını alt-üst edib. Ona görə də Türkiyədə dövlət çevrilişinə cəhddə xarici qüvvələrin rejissorluğu istisna deyil”.

Qeyd edək ki, iyulun 15-də Türkiyədə bir qrup hərbçinin çevriliş cəhdi nəticəsində 290 nəfər ölüb, 1400-dən çox şəxs yaralanıb, 2389 hərbçi və 100-dən çox general həbs edilib.

Hərbi çevrilişə cəhdinin əsas təşkilatçısı kimi Fətullah Gülənin adı hallanır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 3 aylıq fövqəladə vəziyyətin elan edilməsi ilə bağlı qərar verib.



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler