» » Bermud üçbucağındakı sirli piramida, yoxsa... –Fotolar - Video

Bermud üçbucağındakı sirli piramida, yoxsa... –Fotolar - Video

Bölmə: Dünya, MANŞET
Bermud üçbucağındakı sirli piramida, yoxsa... –Fotolar - Video
Bermud üçbucağı (və ya Şeytan üçbucağı) — Atlantik okeanın şimalında Florida, Bermud adaları və Puerto- Rikonu birləşdirən şərti xətlərin əhatə etdyi üçbucaq ərazidir.


Təqribən yarım milyon kvadrat mil sahəni tutur. Bermud üçbucağı burada çoxlu itmiş obyektə görə sirli yer və anomal zona sayılır. Şeytan üçbucağı və ya Şeytan dənizi kimi tanınan Bermud üçbucağı okeanın təqribən yarım milyon kvadrat mil (1.2 milyon km2) sahəsini tutur. Bu sahə gəmilərin, qayıqların və təyyarələrin itdiyi yüksək qəza bölgəsi kimi qeyd edilib.


Yoxa çıxan hava və su nəqliyyatı


1945-ci ildən başlayaraq alimlərdən, xilasedicilərdən, mütəxəssislər ibarət komanda yaradılır. Komanda Bermud üçbucağındakı anomal hadisələri diqqətlə izləyirdi. Məhz bu komandanın fəliyyəti dövründə ərazidə qəzaya uğrayan gəmilərdə 140 min insanın həyatı xilas edildi. Alimlər sevinirdilər. Uzun müddət aparılan tədqiqatlardan sonra onlara elə gəlidi ki, nəhayət Bermudun sirrini tapmağı yaxındırlar. Ancaq tədqiqatlar alimlərin işini dalana dirədi. Müşahidələr zamanı üçbucağın ərazisində 100-dən çox dəniz və hava nəqliyyatı yoxa çıxdı. Bəli, yoxa çıxdılar, heç bir iz qoymadan. Xilasedicilər axtarış zamanı dəniz səthini ələk-vələk etdilər. Adətən qəza zamanı dəniz səthində yağ ləkələri, qəzaya uğramış gəminin, yaxud təyyarənin qırıntıları qalır. Bermudda isə belə hal olmur. Obyekt sadəcə yox olur, vəssalam.
Bermud üşbucağının dibi də xüsusi aparatlarla santimetr-santimetr yoxlanılır. Heç bir batmış gəmiyə, təyyarəyə rast gəlinmir.


Dənizin dibindəki piramida


Ancaq dənizin dibindəki tədqiqatlar nəticəsiz də qalmadı. 1992-ci ildə alimlər dənizin dibin piramida aşkarladılar. Təsəvvür edirsiniz, bu piramida Misirdəki ən böyük Xeop piramidasından 3 dəfə böyük idi. Dəniz altındakı piramidanı tam tədqiq etmək üçün alimlərə aylar lazım oldu. Tədqiq etdikcə də ortaya heyrətamiz faktlar sıxdı. Nəhəng piramidanın səthi şüşə kimi hamar idi. Həm də üstündə nə lil vardı, nə mamır, nə dəniz yosunu. Adətən dənizin dibində olan istənilən obyekt lil və yosunla örtülür. Bu piramida isə sankı heç dənizin dibində deyildi. Tər-təmiz ,şüşə kimi səthi vardı. Bir müddət keçəndən sonra piramidada aparılan tədqiqatlarla bağlı ictimaiyyətə daha məlumat verilmədi. Yaqin ki, işlər məxfilik statusu verildi.
Yalnız ara-sıra məlumat verilir ki, Bermud üçbucağına yaxın olan Puerto-Riko sakinləri mütamadi olaraq ərazidə naməlum uçan obyektləri müşahidə edirlər. Elə alimlər də bunu təstiqləyərək qeyd edirlər ki, “uçan boşqab”lar okeanın dibindən səmaya qalxırlar.


Bermud üçbucağının sirri açılıbmı ?


Bu əsrarəngiz üçbucaq ilə əlaqədar olaraq edilən son iddia isə uzun illərdir davam edən araşdırmaların bir neçə il əvvəl bir nəticə verdiyinin iddia edilməsi ilə ortaya çıxdı . Bu son iddia ya görə bütün bu sirrli hadisələr əslində sadə bir təbii qaz kütləsinin təsirindən idi . Yeraltından fışqıran təbii qazlar, yalnız yüksək quru parçalarından deyil, dəniz və okean döşəmələrindən də çıxarlar. Çünki dəniz döşəmələri də üstü suyla örtülmüş quru parcalarıdır. Ancaq, okeanların dərinliklərindəki bölgələrdən çıxmaq istəyən təbii qazlar, oradakı təzyiqində də təsiriylə qatı hala çevrilir və "hidrat" deyilən ağ və qatı bir maddə halına gəlirlər. Çox dərinlərə dala bilən robot kameralarının bu bölgədəki ağappaq okean döşəməsini və bəzi gəmi dağıntılarını şəkilini çəkməsindən sonra mövzuya bu elmi şərh gətirilib:


Bu bölgə, “Gulf Stream” deyilən isti su axıntısının da keçdiyi yerdir. Döşəmənin bəzən istiləşməsi üzündən, bu "zəhərli qazlar" sudan yüngül olduqları üçün səthə doğru yüksələrlər. O anda, döşəmədən səthə qədər suyun sıxlığı azalar . O sırada oradan keçən nə varsa, dərin bir quyuya düşər kimi sürətlə okeanın dibini çəkilir Çünki, sıxlığı düşən su, gəmiləri daşıyacaq qaldırma qüvvətini meydana gətirə bilməz. Qazın yüksəlməsi sona çatınca sıxlıq təkrar köhnə halına dönər və geridə heç bir iz qalmadan böyük gəmilər kilometrlərcə dərinə basdırılmış olarlar.


Təyyarələrin düşərək itməsi isə yenə eyni səbəbdəndir. Səthə çıxan təbii qazlar, havadan da yüngül olduqları üçün yüksəlməyə davam edərlər. Bu dəfə sıxlıq azalması, bölgənin üzərindəki atmosferdə meydana gələr. Oradan təsadüfən keçən bir təyyarə dərhal radarları itirər və mühərrikləri dayanar. Çünki, mühərriklərdəki benzinin yanması üçün oksigenə ehtiyac vardır və aşağı sıxlıqlı havanın içindəki oksigen miqdarı mühərriklərin çalışması üçün kafi deyil. Beləcə təyyarə də , sürətlə okean döşəməsinə doğru enişə keçər.publika.az


Bermud üçbucağındakı sirli piramida, yoxsa... –Fotolar - Video
Bermud üçbucağındakı sirli piramida, yoxsa... –Fotolar - Video
Bermud üçbucağındakı sirli piramida, yoxsa... –Fotolar - Video
Bermud üçbucağındakı sirli piramida, yoxsa... –Fotolar - Video
Bermud üçbucağındakı sirli piramida, yoxsa... –Fotolar - Video
[thumb=left]http://xalqinfo.az/uploads/posts/2014-06/1402378456_b6.jpg[/thumb


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler