» » Avstriyada prezident seçkilərinin

Avstriyada prezident seçkilərinin nəticələri ləğv olunub

Bölmə: Dünya
Avstriyada prezident seçkilərinin  Avstriya Konstitusiya Məhkəməsi mayın 18-də ölkədə keçirilmiş prezident seçkilərinin ikinci turunun nəticələrini ləğv edib. Bununla da Konstitusiya Məhkəməsi Avstriya Azadlıq Partiyasının seçkilərdə baş vermiş pozuntulara dair şikayətini təmin edib.

Xalqinfo.az Azərtac-a istinadən bildirir ki, prezident seçkilərinin ikinci turunda bir sıra seçki məntəqələrində məktubla səs vermiş seçicilərin məktublarının vaxtından əvvəl açılması və digər qanun pozuntularını əldə rəhbər tutan Avstriya Azadlıq Partiyası ali məhkəmə orqanına şikayətlə müraciət etmişdi.

Xatırladaq ki, Yaşıllar Partiyasının keçmiş rəhbəri, müstəqil namizəd Aleksandr Van der Bellen 30 min səs çoxluğu ilə Avstriya Azadlıq Partiyasının namizədi Norbert Hofer üzərində qələbə qazanmışdı.

Konstitusiya Məhkəməsinin qərarına əsasən, prezident seçkilərinin ikinci turu bütün ölkə ərazisində təkrarlanmalıdır.



Kainat Şirin



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler