» » İranda Səfəvilər dövrünün abidəsi - Si o se pol körpüsü (FOTOLAR)

İranda Səfəvilər dövrünün abidəsi - Si o se pol körpüsü (FOTOLAR)

Bölmə: Dünya, BLOK XƏBƏR
İranda Səfəvilər dövrünün abidəsi -  Si o se pol körpüsü (FOTOLAR)İran İslam Respublikası zəngin tarixi keçmişi ilə xarici turistləri cəlb edən ölkələrdən biridir. Buradakı tarixi abidələr avropalı turistlər üçün olduqca maraqlıdır.

Xalqinfo.az AZƏRTAC-a istinadən bildirir ki,belə tarixi abidələrdən biri də İsfahan şəhərinin mərkəzindən axan Zayəndə çayı üzərindəki tarixi Si o se pol körpüsüdür (“pol” sözü fars dilindən tərcümədə körpü deməkdir. Si o se pol isə 33 arkası olan körpü kimi tərcümə edilir).

Bu körpü Səfəvi dövlətinin şahənşahı II Şah Abbas tərəfindən tikdirilib. Körpünün tikintisinə 1599-cu ildə başlanılıb və 1602-ci ildə başa çatdırılıb. Uzunluğu 300 metr, eni 14 metr olan körpünün tikintisini II Şah Abbas Gürcüstan əsilli vəziri Allahverdi xana tapşırmışdır. Vəzir İranda, Azərbaycanda və Gürcüstanda fəaliyyət göstərən tanınmış memarları dəvət edərək körpünü xüsusi zövqlə tikdirib. Belə ki, 33 arkadan ibarət olan körpü yalnız çayı keçmək üçün deyil, həm də istirahət üçün nəzərdə tutulub. Körpünün üstündə bir neçə otaq inşa edilib ki, bunların birindən çayın suyunun artıb azalmasını müşahidə etmək üçün istifadə edilib. Otaqlardan biri xüsusi olaraq şahənşahın, digərləri isə saray əyanlarının gəzinti zamanı istirahəti üçün tikilib. Otaqların şəhərə və çaya baxan pəncərələri var.

Müasir dövrdə bu körpü turistlərlə yanaşı, yerli əhalinin də gəzinti və istirahət yeridir. Gecələr körpünün işıqlandırılması olduqca maraqlıdır və bura İsfahan gənclərinin sevdiyi məkanlardandır.
İranda Səfəvilər dövrünün abidəsi -  Si o se pol körpüsü (FOTOLAR)
İranda Səfəvilər dövrünün abidəsi -  Si o se pol körpüsü (FOTOLAR)
İranda Səfəvilər dövrünün abidəsi -  Si o se pol körpüsü (FOTOLAR)
İranda Səfəvilər dövrünün abidəsi -  Si o se pol körpüsü (FOTOLAR)
İranda Səfəvilər dövrünün abidəsi -  Si o se pol körpüsü (FOTOLAR)
















































































Kainat Şirin




Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler