» » Jirinovskidən təklif:

Jirinovskidən təklif: Alternativ Olimpiya oyunları

Bölmə: Dünya, BLOK XƏBƏR
Jirinovskidən təklif:Rusiyanın Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski ölkədə regional Avropa Olimpiya Oyunlarının keçirilməsini təklif edib.

Xalqinfo.az Publika.az-ın “RİA-Novosti” agentliyinə istinadən verdiyi məlumata əsasn xəbər verir ki, rus siyasətçinin sözlərinə görə, Rusiyanın yüngül atletləri Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya oyunlarında iştirak hüququ qazanmayacağı halda Moskva bu addımı atmalıdır.

“İdmançıların bir çoxu müxtəlif səbəblərə görə Braziliyaya gedə bilməyəcəklər. Qoy onlar Moskva və ya Soçiyə gəlsinlər. Braziliyaya getmək hüququnu əldə etməyən idmançılar üçün avqustda regional Avropa Olimpiya Oyunlarını keçirə bilərik”, - Jirinovski bildirib.

Qeyd edək ki, Rusiya Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya oyunlarından tam kənarlaşdıra bilərlər. Bu haqda nüfuzlu “Der Spigel” nəşri Lozannadakı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəsmisinə istinadən məlumat yayıb.

Dalbadal yaşanan dopinq qalmaqallarından sonra BOK Rusiyadan olan yüngül atletlərin yarışlardan kənarlaşdırılması qərarına gəlib. Jurnalın məlumatına görə, indi isə Rusiyanın komandasının tam heyətlə Yay Olimpiya Oyunlarına buraxılmaması məsələsinə baxılır.

Xatırladaq ki, Yay Olimpiya Oyunları 2016-cı il avqustun 5-dən 21-dək keçiriləcək.








Kainat Şirin




Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler