» » Saakaşvili Gürcüstana qayıdacağı barədə söz verdi

Saakaşvili Gürcüstana qayıdacağı barədə söz verdi

Bölmə: Dünya, BLOK XƏBƏR
Saakaşvili Gürcüstana qayıdacağı barədə söz verdi
Gürcüstanın sabiq prezidenti, hazırda Ukraynanın Odessa vilayətinin qubernatoru olan Mixail Saakaşvili parlament seçkilərindən sonra vətənə qayıdacağı barədə vəd verib.

Mixail Saakaşvili “Rustavi 2”yə verdiyi müsahibəsində bildirib ki, onun yaratdığı “Vahid milli hərəkat” partiyası bu ilin oktyabr ayında keçiriləcək seçkilərdə qalib gələcək: “Hazırda Gürcüstanın siyasi həyatında yalnız iki lider mövcuddur – mən və sabiq baş nazir Bidzina İvanişvili. Bu seçkiləri keçirmək və qalib gəlmək lazımdır. Hazırkı mərhələdə üçüncü variant yoxdur. Bu da mənim üzərimə xüsusi məsuliyyət qoyur”.

Qeyd edək ki, Mixail Saakaşvili Gürcüstan hakimiyyəti tərəfindən axtarışa verilib, barəsində cinayət işi açılıb.(azvision.az)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler