» » Dünyanı silkələyən terror aktları

Dünyanı silkələyən terror aktları

Bölmə: Dünya
Dünyanı silkələyən terror aktları

Rəqəmlər ildən-ilə artır
Noyabrın 13-də Fransada baş vermiş terror aktı dünyanı silkələdi. Bu da dünya tarixində, xüsusən son illərin səs-küylü, tarixə qanlı hərflərlə yazılmış terror aktlarını yada salmağı mütləq etdi.

Öncə statistikaya müraciət edək. 2014-cü il üzrə bütün dünyada terror aktları 35% , terror zamanı ölüm halları isə 81% artıb.

ABŞ Dövlət Departametinin bəyanatına əsasən, ötən il ərzində terror aktları zamanı 33 min nəfər vəfat edib. Ümumilikdə, 95 ölkədə 13.5 min terror aktı qeydə alınıb. Terror aktlarının çox hissəsi Yaxın Şərq, Cənubi Asiya və Qərbi Afrika ölkələrində baş vermişdir.

2013-cü ildə dünyada terror hücumları qurbanlarının sayı 2012-ci illə müqayisədə 61 faiz artaraq 18 minə çatıb, Qlobal Terrorism İndeksi adlı hesabatda bildirilib.

Qeyd olunur ki, 1 il ərzində terrorçu hücumların sayı 44 faiz artaraq 10 minə çatıb.
Hesabatı hazırlayan Dünya və İqtisadiyyat İnstitutunun direktoru Stiv Killeli son il ərzində terror aktlarının sayının kəskin artmasının Suriyada vətəndaş müharibəsinə görə baş verdiyini bildirir.



2013-cü ildə terror hücumları nəticəsində ən çox sayda insan- 6 mindən çox - İraqda həlak olub. Terror qurbanlarının sayına görə İraqdan sonra sıralamada Əfqanıstan, Pakistan, Nigeriya və Suriya durur.

Bu 5 ölkənin payına dünyada baş verən terror aktlarının 80 faizi düşür.

Ən çox insan həyatı aparan terror aktları İslam Dövləti, "Əl-Qaidə", "Boko Haram" və "Taliban" tərəfindən törədilib.

Həmin qrupların vəhabiliyin ekstremist yozumuna əsaslanan dini təriqətdən istifadə etdikləri hesabatda qeyd olunub.

Sənəddə qeyd olunur kı, "dini ekstermizmin qarşısını İslam mühitində mötədil sünniliyi yaymaqla almaq olar".

Eyni zamanda qeyd olunub kı, terrorçuluğun güclənməsinə eləcə də, separatçılıq, millətçilik, daxili siyasi və geosiyasi şərait kimi amillər təsir göstərir.

Bəşəriyyət tarixində ən iri terror aktı 2001-ci il sentyabrın 11-də törədilib. Terrorçular Nyu-Yorkdakı Ümumdünya Ticarət Mərkəzinin göydələnləri və Pentaqonun binasına 3 təyyarə çırpıblar. Nəticədə 3 minə qədər adam ölüb.



1985-ci ildə Atlantika üzərində “Boinq 747”nin partladılması. Nəticədə 329 nəfər dünyasını dəyişib.

1988-ci ildə Böyük Brtitaniya üzərində “Boing 747”nin partladılması. Nəticədə 270 nəfər dünyasını dəyişib.

1999-cu ildə Moskva Buynaksk və Volqodonskda yaşayış evlərinin partladılması. Nəticədə 307 nəfər dünyasını dəyişib.

2004-cü ildə Beslanda məktəblilərinin girov götürülməsi. Nəticədə 334 nəfər dünyasını dəyişib.

Image result for terakt

1978-ci ildə İranın Abadan şəhərində “Reks” kinoteatrının yandırılması. 422 nəfərin ölümü ilə nəticələnib.

1993-cü ildə Hindistanın Bombey şəhərində partlayışlar. Nəticədə 257 nəfər dünyasını dəyişib.

2001-ci ildə Anqolada qatarın partladılması. Nəticədə 252 nəfər dünyasını dəyişib.
22 iyun 1985, Kanada. Vankuver hava limanında Sinqh adlı bir nəfər baqajını "Canadian Pacific Airlines"-ın (CP) Tornto reysi üçün qeydiyyata saldırır və xahiş edir ki baqaj Toronto-Bombey reysinə transfer edilsin. Özü isə təyyarəyə minmir. Təyyarə Torontoya enərkən Sinqhin verdiyi baqajda partlayış olur. Nəticədə 2 işçi həlak olur, 4 nəfər yaralanır.

26-29 noyabr 2008, Hindistan. "France-Presse"in xəbərinə görə, Bombeydə ard-arda baş verən terror hücumları zamanı 173 nəfər həlak olub, 312 nəfər yaralanıb. Hadisəni törədən terrorçuların əksəriyyəti öldürülüb, cəmi 1 nəfər sağ ələ keçib. Terrorun sifarişçisi kimi tutulan 10 nəfərdən doqquzu Pakistanda yaxalanıb. Digər bir nəfərin isə məhkəməsi Dehlidə davam edir.

2011-ci ildə Norveçdə ard-arda baş vermiş iki terror aktı nəticəsində azı 91 nəfər həlak olub, çoxlu sayda insan yaralanıb. Paytaxt Oslo şəhərində hökumət binaları yerləşən məhəllədə avtomobilə yerləşdirilmiş ilk partlayışda 8 nəfər həlak olub, xeyli sayda insan yaralanıb. Partlayış nəticəsində ərazidəki binalara ciddi zərər dəyib.

İkinci və daha dəhşətli terror aktı isə Oslodan 20 km qərbdə yerləşən kiçik Utöya adasında sosialist gənclərin təşkil etdiyi düşərgədə baş verib. Polis forması geymiş terrorçu düşərgə rəhbərliyinə Osloda baş vermiş terror aktı barədə gəncləri məlumatlandırmalı olduğunu bildirib. Ətrafına toplanmış gəncləri müxtəlif silahlardan atəşə tutan terrorçu 80-dən artıq insanı qətlə yetirərək çoxlu sayda insanı yaralayıb.musavat

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler