» » Yastıq döyüşü qanlı bitdi (FOTO, VİDEO)

Yastıq döyüşü qanlı bitdi (FOTO, VİDEO)

Bölmə: Dünya, BLOK XƏBƏR
Yastıq döyüşü qanlı bitdi (FOTO, VİDEO)Amerikadakı hərbi məktəblərdən birinin həyətində çox sayda kursantın yaralanması ilə nəticələnən yastıq döyüşü baş verib.
XALQİNFO.AZ bildirir ki , ANS PRESS-in məlumatına görə, “West Point” hərbi məktəbində məzun olan kursantların ənənəvi olaraq keçirdiyi əyləncə zamanı 30 hərbçi xəsarət alıb.

Yastıqlarla yanaşı döyüş kaskalarının və zirehli jiletlərin də istifadə olunduğu döyüş zamanı yastıqların içərisinə qoyulmuş sərt əşyalar səbəbindən bəzi kursantlar huşunu itirib. Həmçinin əyləncə məqsədli döyüşdə bəzi əsgərlərin ayağı sınıb, bəzilərinin isə çiyni çıxıb.

Yastıq döyüşü aksiyasını ləğv etməyi düşünmədiklərini deyən “West Point” rəhbərliyi xəsarətlərin ciddi olmadığını, bütün kursantların işinin başında olduğunu bildirib. Həmçinin döyüş vaxtı yastıqların içərisinə sərt əşya yerləşdirilməsi ilə əlaqədar istintaq başladığı vurğulanıb.

Sosial şəbəkələrdə isə yastıq döyüşü aksiyasını əks etdirən fotolar yayılıb.

Yastıq döyüşü qanlı bitdi (FOTO, VİDEO)
Yastıq döyüşü qanlı bitdi (FOTO, VİDEO)
Yastıq döyüşü qanlı bitdi (FOTO, VİDEO)






























Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler