» » Şimali Koreya lideri dediyini etdi

Şimali Koreya lideri dediyini etdi

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
Şimali Koreya lideri dediyini etdi
Şimali Koreya hökuməti 15 avqust - ölkənin Yaponiya işğalından azadlığının 70 illiyi münasibəti ilə “Pxenyan vaxtı”na qayıdıb və saatları 30 dəqiqə geri çəkib.

Oxu.az xəbər verir ki, 1910-cu ildə yaponlar Koreyanı işğal edəndən sonra bütün yarımadada “Tokio vaxtı” tədbiq ediblər.

İndi isə Şimali Koreya vəziyyəti dəyişərək “Pxenyan vaxtı”na qayıtmaq qərarına gəlib və saatları 30 dəqiqə geri çəkib.

“Yaponiya imperalistləri bizim ölkənin standart vaxtını əlindən almışdılar”, - Pxenyan rəsmiləri ölkənin məsələyə münasibətini izah ediblər.

Yaponiya ilə eyni saat qurşağında qalan Cənubi Koreyada Pxenyanın bu qərarı narazılıq ilə qarşılanıb. Rəsmi Seul hesab edir ki, Şimali Koreyanın bu addımı yarımadanın iki hissəsi arasında bütün sahələrdə fərqi artıracaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler