» » Dəhşət:4 yaşlı oğlanı "can alan"a çevirildi -

Dəhşət:4 yaşlı oğlanı "can alan"a çevirildi - FOTOLAR

Bölmə: Dünya, BLOK XƏBƏR
Dəhşət:4 yaşlı oğlanı "can alan"a çevirildi -"Orada baş verənləri unutmaq mümkün deyil. Hər gün, şər saat dəhşətdi. Bu dözülməz əzabların nə zamansa başa çatacağını, qurtaracağını düşünmürdük. Elə vəhşiliklər gördük ki, bundan sonra nəyəsə "vəhşilik" demək asan olmayacaq".

İraqın Sincar vilayətində yaşayan, yezid olan Boharın dediyinə görə, "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı onların bölgəsini ələ keçirəndən sonra on minlərlə yezid dərbədər oldular, minlərlə yezidsə terrorçuların əlinə keçdilər.

Xalqinfo.az-ın məlumatına görə , Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Boharın anası, üç bacı və qardaşı ötən ilin avqust ayında İŞİD-in əlinə keçmişdilər.

31 yaşlı Boharın dediyinə görə, terrorçular girov götürdükləri yezidləri heyvan kimi saxlayırdılar.

Yezidlərə sidik qarışdırılmış su və içinə şüşə qırıqları atılmış yemək verilirdi.

Boharın 4 yaşlı oğlu Amonu isə terrorçular "islah etmək və tərbiyələndirmək" qərarına gəlmişdilər.

"Amonu əlimdən aldılar. Onu sünnət etdilər, müsəlmana çevirdilər, Quran və Şəriəti öyrətməyə başladılar. Sonra Amoya hərbi paltar geyindirdilər və "Balaca aslanlar" adlandırılan dəstəyə qatdılar. Həmin dəstədəki uşaqlar İŞİD-in cəzalandırdığı insanları edam edir, güllələyir, başlarını kəsirdilər. Beləcə, 4 yaşlı oğlum da cəllad kimi böyüyür. Amo indi orada qalıb. Qaçanda onu tapmadım, çünki çox uzağa, başqa şəhərə aparılmışdı", - Bohar deyib.

Boharın sözlərinə görə, İŞİD girov saxladığı yezid uşaqları manyak, qatil kimi yetişdirir.

Amo indi İŞİD-in əlindədir və anasının dediyinə görə, ilk qurbanının başını kəsəcəyi, ya da güllələyəcəyi günə çox qalmayıb.

Hazırda 2 mindən artıq yezid İraqın Təlafar və Bəduş şəhərlərində həbsxanalarda saxlanılır.

İraqda ələ keçiriləndə sonra Suriyanın Rəqqa şəhərinə aparılan və orada uşaqları ilə birlikdə "qul bazarı"nda satılan Bohar qaçıb canını qurtara bilib.

Amma onun oğlu və iki qızı hələ də İŞİD-in əlindədir...

Kainat Şirin

Dəhşət:4 yaşlı oğlanı "can alan"a çevirildi -
Dəhşət:4 yaşlı oğlanı "can alan"a çevirildi -
Dəhşət:4 yaşlı oğlanı "can alan"a çevirildi -
Dəhşət:4 yaşlı oğlanı "can alan"a çevirildi -
Dəhşət:4 yaşlı oğlanı "can alan"a çevirildi -
Dəhşət:4 yaşlı oğlanı "can alan"a çevirildi -
Dəhşət:4 yaşlı oğlanı "can alan"a çevirildi -
Dəhşət:4 yaşlı oğlanı "can alan"a çevirildi -
Dəhşət:4 yaşlı oğlanı "can alan"a çevirildi -
Dəhşət:4 yaşlı oğlanı "can alan"a çevirildi -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler