» » Məşhur aktrisa Obama ilə yaşananları danışdı - VİDEO

Məşhur aktrisa Obama ilə yaşananları danışdı - VİDEO

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
Məşhur aktrisa Obama ilə yaşananları danışdı - VİDEOAktrisa və model Şarliz Teron Cimmi Kimmelin şousunun efirində ABŞ prezidenti Barak Obama ilə görüş zamanı başına gələn məzəli əhvalatı danışıb. O qeyd edib ki, dövlət başçısı ilə söhbət zamanı çox həyəcanlanıb və gözlənilmədən onu striptiz-kluba dəvət edib.


Xalqinfo.az bildirir ki , “Qafqazinfo” oxu.az-a istinadən verdiyi xəbərə görə, bu barədə NYDailyNews bildirib.

Aktrisanın sözlərinə görə, Obama və Teronun bu ilin mart ayındakı qonaq olduqları proqramdan sonra, prezident aktrisa ilə Kimmelin şousunda iştirak etmə sevincini bölüşüb və orada gənclərlə ünsiyyət qurduğunu bildirib. Teron isə cavab olaraq:

“Əgər yetişən nəsil ilə ümumi dil tapmaq istəyirsinizsə sizi striptiz-kluba apara bilərəm”, - deyib.

“Aman Allahım, Mişel Obama məni öldürəcək, - aktrisa gülüb. – Barak çox şən və nəzakətli idi, və o, mənim söhbət əsnasında həyəcanlandığımı görürdü. Bu hadisədən sonra bir ay yuxu yata bilmədim. Hər dəfə gözümü yumanda: “Aman Allahım, mən həqiqətən də prezidenti striptiz-kluba dəvət etdim?” deyə düşünürdüm”

Cənubi Afrika mənşəli amerikalı aktrisa və model Şarliz Teron 40-dan çox filmdə çəkilib. Onların arasında “İblisin vəkili”, “Dəlisov Maks: Qəzəb yolu” filmləri var. O, “Monstr” (2004) filminə görə “Oskar” mükafatının “Ən yaxşı qadın rolu” nominasiyasında laureat olub.

“Cimmi Kimmel canlı yayımda” (Jimmy Kimmel Live!) ABC telekanalında yayımlanan amerikan gecə tok-şousudur. İlk bir saatlıq seriya 2003-cü ilin yanvar ayının 26-da göstərilib. Studiyada tez-tez Nikol Kidman, Geri Oldman, Emi Adams, Riz Uizerspun, Demi Mur, Robin Uilyams, Ben Aflek peydə olurlar.

Kainat Şirin



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler