» » Tarixə düşən rejissorun başın məzarda

Tarixə düşən rejissorun başın məzarda kəsib apardılar

Bölmə: Dünya, BLOK XƏBƏR
Tarixə düşən rejissorun başın məzarda  Səssiz filmlər dövrünün məşhur rejissoru Fridrix Vilhelm Murnaunun başı qəbirdən oğurlanıb.

Xalqinfo.az bildirir ki, Publika.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur rejissor Berlin yaxınlığında ailə qəbiristanlığında basdırılıb.

Yerli mətbuatdan bildirilir ki, rejissor dəfn olunmazdan əvvəl məlhəmlənib. Ona görə də onun başı kifayət qədər yaxşı saxlanılıb. İlkin ehtimala görə, oğurluq bazar günü baş verib. Murnaunun qəbri yanında qardaşları basdırılıb, lakin onlara toxunulmayıb.

Bundan əlavə, polis işçiləri hadisə yerində mum tapıblar. Burada hər hansı bir ayinin keçirilməsi istisna edilmir.

Qeyd edək ki, Fridrix Vilhelm Muranu ilk qorxu filmlərinin rejissoru hesab olunur. Onun sənət işləri arasında “Nosferatu. Dəhşət simfoniyası” və Brem Stokerin romanı əsasında çəkilmiş “Drakula” kimi filmlər daxildir. Rejissor 1931-ci ildə vəfat edib.
Tarixə düşən rejissorun başın məzarda
Tarixə düşən rejissorun başın məzarda

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler