» » Avropa Yunanıstanla bağlı qərar verməkdə çətinlik çəkir

Avropa Yunanıstanla bağlı qərar verməkdə çətinlik çəkir

Bölmə: Dünya, MANŞET
Avropa Yunanıstanla bağlı qərar verməkdə çətinlik çəkir
Avropanın maliyyə strukturlarının skeptik rəhbərləri Yunanıstanın son iqtisadi ixtisarlar planı ilə əlaqdər qərar verməkdə çətinlik çəkərək, Afinanın xərclərin ixtisarı və vergilərin artırılmasına dair verdiyi sözlərə əməl edəcəyilə bağlı şübhələrini bildiriblər.

"İrəli getmək üçün əsas maneə etibarın olmamasıdır"-deyə İtaliyanın Maliyyə naziri Pyer Karlo Padoan Brüsseldə danışıqlarda bildirib.

O deyib ki, Yunanıstan hökumətinin bazar ertəsi parlamentdə ölkə üçün lazımi tədbirlərin həyata keçirilməsi, etibarın bərpa edilməsi və irəli getmək üçün konkret addımlar atmasını görmək istəyir.

Avropa İttifaqının iqtisadi məsələlər üzrə komissarı Pyer Moskoviçi isə bildirib ki, Yunanıstan hökuməti həm qısa, həm də uzun müddət üçün daha artıq iş görməlidir.

Məsələyə skeptik münasibət göstərənlərdən biri, Finlandiyanın Maliyyə naziri Aleksandr Stabb danışıqların bu mərhələsində Yunanıstanın təqdim etdiyi şərtlərin kifayət olmadığını deyib. O bildirib ki, Avropa liderləri bu mərhələdə Yunanıstandan daha aydın təəhhüdlər və şərtlərin həyata keçiriləcəyinə dəlillər gətirməsini istəyir.

Avropa İttifaqı Yunanıstanın böhrandan çıxmasının müzakirə ediləcəyi 28 ölkənin iştirakı ilə sammiti təxirə salıb. Maliyyə nazirlərinin görüşündən sonra müzakirlər avro valyutasından istifadə edən 19 ölkənin liderlərinin iştirakı ilə məhdudlaşdırılıb ("Amerikanın səsi").

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler