» » Şimali Koreya prezidenti haqda daha bir şok iddia...- silahla insanlar üzərində test

Şimali Koreya prezidenti haqda daha bir şok iddia...- silahla insanlar üzərində test

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
Şimali Koreya prezidenti haqda daha bir şok iddia...- silahla insanlar üzərində test

Şimali Koreya prezidenti Kim Çen Inın kimyəvi silahları insanlar üzərində test etdiyi iddia olunur.

ans press-in məlumatına görə, bu barədə iddianı Finladiyaya qaçan Şimali Koreyadan olan alim irəli sürüb. Adının açıqlanmasını istəməyən mənbə Şimali Koreya-Çin sərhədindəki araşdırma mərkəzindən 6 iyun tarixində qaçmağı bacardığını söyləyib. Bioloji silah üzrə mütəxəssisin sözlərinə görə, əlində rejimin kimyəvi silahları insanlar üzərində sınandığında dair dəlillər var.

Şimali Koreya İnsan Hüquqları Komitəsinin direktoru Qreq Skarlatouiu Finlandiya qəzeti "Helsinqin Sanomat"a verdiyi açıqlamada bu iddiaların etibarlı olduğunu söyləyib. Onun sözlərinə görə, keçmişdə əsir düşərgələrində insanlar üzərində təcrübə edildiyi məlumdur.

Koreyadan qaçan alimin bu ayın sonunda Avropa Parlamentində ifadə verməsi gözlənilir. Şimali Koreya alimi həbsdə qurbağa və böcək yediklərini, buna məcbur edildiklərini söyləyib.



Şimali Koreya prezidenti Kim Çen In dünyanın ən qəddar dövlət başçılarından biri hesab edilir.

Kim Çen Inın ölkəsində qəribə qərarlar verməsi bütün dünyanın diqqətindədir. Bir müddət öncə Şimali Koreya lideri paytaxt Pxenyanda yaşayan əcnəbilərə qəribə xəbərdarlıq edib. Xəbərdarlığa əsasən əcnəbilərə Şimali Koreya vətəndaşları ilə öz fləş kartlarının tərkiblərini bölüşmək qadağandır. Bu barədə Koreya Xalq Demokratik Respublikasının Xarici İşlər Nazirliyinın xəbərdarlığında deyilir. Ölkə vətəndaşlarının böyük əksəriyyəti internetə girişə malik deyillər. Onlar USB-nin köməyi ilə filmlərlə, musiqi ilə və ədəbiyyatla daim mübadilə edirlər.

Belə fləş kartlar kiçik olduğundan onları gizlətmək asan olur. Sənəddə deyilir ki, əcnəbilərə Pxenyana məlumat daşıyıcılarının istənilən növləri, həmçinin çap materialları, mobil telefonlar və yaddaş kartları gətirilməsi qadağan edilir.

Qeyd edilir ki, Koreya Xalq Demokratik Respublikasına gələn bəzi əcnəbilər turizm obyektlərində "arzu edilməyən məzmunlu" çap materialları və yaddaş kartlarını qoyur və ya onları şimali koreyalılara verirlər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler