» » Əlil atanın övladları üçün etdiyi heyrətamizlik - FOTOLAR

Əlil atanın övladları üçün etdiyi heyrətamizlik - FOTOLAR

Bölmə: Dünya, MARAQLI
Əlil atanın övladları üçün etdiyi heyrətamizlik - FOTOLAR61 yaşlı Çen əlildir. O, çalışdığı fişəng zavodunda 2001-ci ildəki dəhşətli partlayışda sağ qolunu və sağ əlini itirmişdi.

Bu azmış kimi, Çenin xanımı da o partlayışda əlil qalıb.
Əlilliyinə rəğmən, ailəsini dolandırmaq, ruzi pulunu qazanmaq üçün Çen çalışmaq fikrindən əl çəkməyib.

İndi o, küçədə klassik Çin poeziyasının inciləri olan şeirlərdən misraları kalliqrafik xətlə yazır və bununla pul qazanır.

Xalqinfo.az bildirir ki,Milli.Az People Online-a istinadən məlumatına görə, əl və ayağından məhrum Çen əsərlərini alnına bərkitdiyi fırça ilə yaradır. O, yaşadığı Quyçjou vilayətində ən məşhur şəxslərdən birinə çevrilib.
Çenin iki övladı var. Onun qızı yerli universitetdə, oğlu isə məktəbdə oxuyur.

"Arvadım iki ayağını və sol əlini itirib, evdən eşiyə çıxa bilmir. Mənimsə sağ qolum və sağ ayağım yoxdur. Ailəni kimsə dolandırmalı, kimsə pul qazanmalıdır, ya yox? Dilənməli deyilik ki... Ona görə də küçədə çalışıram, şeirləri gözəl xətlə yazıb satıram. Problem yerə sərdiyim kağızı küləyin aparması idi. Buna yol verməmək üçün kağızın üstünə daşları düzürəm, iş bitir. Qızımla oğlumun təhsil haqlarını, ailəmin ehtiyaclarını halal zəhmətlə təmin edirəm", - Çen deyib.
Əlil atanın övladları üçün etdiyi heyrətamizlik - FOTOLAR
Əlil atanın övladları üçün etdiyi heyrətamizlik - FOTOLAR
Əlil atanın övladları üçün etdiyi heyrətamizlik - FOTOLAR

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler