İnsan yaradan insan canı aldı

Bölmə: Dünya
İnsan yaradan Almaniyada avtomobil zavodunda robot işçini öldürüb.

Xalqinfo.az-ın mılumatına görə, Publika.az xarici mediaya istinadən xəbər verir ki, robot Almaniyanın avtomobil nəhəngi “Volkswagen”in Baunatal şəhərindəki zavodunda 22 yaşındakı işçini qollarının arasında sıxışdıraraq öldürüb.

“Volkswagen” zavodunda robot qəzaları əslində son dərəcə nadir hallarda qeydə alınan hadisədir. Çünki təhlükəsizlik qaydalarına görə, robotlar daim xüsusi qəfəslərdə saxlanılır.

İşçilərdən biri qəfəsin içərisində robot üzərində bəzi əməliyyatlar həyata keçirmək istəyib. Elə bu zaman faciə baş verib. İşçi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə haqqında danışan zavod səlahiyyətlisi işçinin təhlükəsizlik qaydalarına əməl etmədiyini deyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler