» » İŞİD 2 qanının

İŞİD 2 qanının boynunu vurdu

Bölmə: Dünya
İŞİD 2 qanının  "İraq Şam İslam Dövləti" (İŞİD) silahlıları ilk dəfə olaraq Suriyada 2 qadının başını kəsib.

Xalqinfo.az-ın məlumatına görə, qadınlar və onların ərləri cadugərlik və sehrbazlıqla məşğul olurlarmış.

Londonda fəaliyyət göstərən Suriya insan hüquqları mərkəzi bildirib ki, onlar iyunun 28-29-da Deir al Zor əyalətində edam ediliblər. Hər iki halda edamı qadınların ərləri yerinə yetiriblər.

Hazırda Suriyanın və İraqın bir çox əraziləri İŞİD silahlılarının nəzarətindədir.

Ümumiyyətlə, İŞİD terror qruplaşması İraqın şimalında da daim yeni edamlar həyata keçirir. Son dəfə İŞİD silahlıları Mosulda üç iraqlı qəbilə başçısını edam edib. Qəbilə başçıları İŞİD terror qruplaşmasının şəhərdə hakimiyyətini tanımadıqları üçün öldürülüblər. Edam edilənlər yerli qəbilələr tərəfindən ən hörmətli şəxsrlə hesab olunurdu. Bundan əvvəl isə İŞİD silahlılarının İraqın qərbindəki Ənbar əyalətində 35 nəfəri edam edib.

Bundan başqa, İŞİD terror təşkilatı Əfqanıstanda gücünü hiss etdirmək üçün "Taliban" təşkilatının 3 üzvünü on gün əvvəl edam edib. Onlar "Taliban"a sığınmaqda günahlandırılıblar. Buna səbəb "Taliban" liderlərindən olan Ahter Mohammed Mənsuradın İŞİD lideri Əbubəkr əl-Bağdadiyə yazdığı məktub olub. Bu məktubda Liviya, İraq və Suriyada təsir gücü olan İŞİD-dən Əfqanıstanda yeni qrupların qurulmaması istənilib.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler