» » Ali məktəb məzunları "11 ayın sultanı"n təhqir etdilər (FOTO)

Ali məktəb məzunları "11 ayın sultanı"n təhqir etdilər (FOTO)

Bölmə: Dünya, Din, BLOK XƏBƏR, MANŞET
Ali məktəb məzunları "11 ayın sultanı"n təhqir etdilər (FOTO)Türkiyədə “Yaxın Şərq Texniki Universiteti”nin (ODTÜ – Orta Doğu Teknik Üniversitesi) məzuniyyət mərasimində həmin ali təhsil ocağının tələbələri ramazan ayını təhqir ediblər.Xalqinfo.az-ın məlumatına görə, bir qrup tələbə yumor adıyla açdıqları plakatda məscid minarələrinin arasında işıqlarla yazılan sözlərə göndərmə ediblər.

Qeyd edək ki, Türkiyədə Osmanlı dövlətindən qalma bir ənənə ilə ramazan ayında minarələrin arasında xüsusi işıq düzümü ilə müxtəlif yazılar yazılır. “Mahya” adlanan bu işıqlandırmada bəzən oruc barədə Quran ayəsi, bəzən peyğəmbər (s) hədisi, bəzən də sadəcə “On bir ayın sultanı” yazılır.

Tələbələr isə daşıdıqları plakatda “On bira yın məzunu” yazıb və bira (pivə) vurğusu ilə Quranda adı yazılan müqəddəs ayı təhqir ediblər.

Xatırladaq ki, bazar günü İstanbulda iznsiz aksiya keçirən eynicinslilər də daşıdıqları plakata yazdıqları yazı ilə üç ayları (rəcəb, şaban, ramazan) təhqir etmişdilər.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler