» » Ukrayna ordusu hücuma keçdi: itkilər var

Ukrayna ordusu hücuma keçdi: itkilər var (VİDEO)

Bölmə: Dünya, BLOK XƏBƏR
Ukrayna ordusu hücuma keçdi: itkilər var
Ukrayna ordusu xüsusi əməliyyata başlayaraq, Slavyansk şəhərində hücuma keçib. ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri Donbass özünümüdafiə qüvvələri yayıb.

Slavyansk şəhəri mühasirəyə alınıb, şəhər ətrafında ağır zirehli texnika keşik çəkir. Ukrayna ordusu aviasiyadan da istifadə edir. Artıq separatçılar tərəfindən orduya məxsus 2 helikopterin vurulduğu, 1 pilotun həlak olduğu bildirilir. Slavyansk özünümüdafiə qüvvələrinin fəallarının yaydığı məlumata görə, helikopterlərdən yerə atəş açıdıqdan sonra cavab olaraq yerdən raket buraxılıb.

Məlumata görə, Kiyev rəhbərliyinin əmrini yerinə yetirən ordu qüvvələri ilə federallaşma tərəfdarları arasında toqquşmalar Slovyansk şəhərinin mərkəzində baş verir. Şəhərin silahlı toqquşmaların baş verdiyi ərazilərindən qara tüstünün qalxdığı görünür.





Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler