» » Nadir təbiət hadisəsi bu Paytaxtda olacaq

Nadir təbiət hadisəsi bu Paytaxtda olacaq

Bölmə: Dünya, MARAQLI
Rusiya qütb işığı ilə aydınlanacaq.Nadir təbiət hadisəsi bu Paytaxtda olacaq
Rusiya paytaxtında nadir təbiət hadisələrindən biri baş verəcək.

Xalqinfo.az-ın məlumatına görə, paytaxt Moskva sakinləri güclü maqnit qasırğası sayəsində bu gecə qütb işıqlarını izləyə biləcəklər. Bu barədə Moskva rəsədxanası açıqlama yayıb.

“NASA-nın məlumatına əsasən, 22-23 iyun tarixlərində Günəşdəki partlayışlar nəticəsində Dünya istiqamətində irəliləyən güclü maqnit qasırğası gözlənilir. Geomaqnit qasırğasının Kp indeksi 9 ballıq şkala üzrə 7 olacaq. Belə olacağı halda, Moskva Nijni Novqorod, Kazan, Çelyabinsk, Omsk, Novosibirsk və Krasnoyarskda qütb işıqları müşahidə olunacaq”, - deyə rəsədxananın açıqlamasında bildirilir.

Qütb işıqları bu il ikinci dəfə Moskva səmalarını aydınladacaq. Bundan əvvəl isə mart ayında baş vermişdi.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler