» » Baş nazirdən yoqa dərsi

Baş nazirdən yoqa dərsi

Bölmə: Dünya, MARAQLI
Baş nazirdən yoqa dərsi
Hindistanın paytaxtı Yeni Dehlidə Dünya Yoqa Günü münasibəti ilə 35 min nəfərdən ibarət qrup yoqa ilə məşğul olub. Ölkənin baş naziri Modi yoqa ilə məşğul olan qrupa rəhbərlik edib. Paytaxtın Rajpah Meydanında təşkil edilən təxminən 30 dəqiqəlik tədbir zamanı xalqın bütün təbəqələrindən olan vətəndaşlar baş nazirin etdiyi hərəkətləri təkrarlayıblar. Tədbirdən bir neçə dəqiqə əvvəl Modi tvitter sosial şəbəkədəki hesabında status yazıb: “Dünyanın dörd bir yanındakı insanların ilk Beynəlxalq Yoqa Gününü təbrik edirəm. Yoqanı gündəlik həyatımızın bir parçasına çevirmək üçün and içək”.

Bir müddət əvvəl etdiyi çıxışı zamanı 21 iyunu Beynəlxalq Yoqa Günü elan edən baş nazir Modi dünyanın dörd bir yanından ona göndərilən yoqa şəkillərini də sosial mediadakı hesabında paylaşıb. Səhər saat 7:00-da başlayan tədbirdə nazirlər, diplomatlar, dövlət qulluqçuları da iştirak ediblər. Şəhərin mərkəzində keçirilən tədbirə görə ciddi təhlükəsizlik tədbirləri görülüb. Musavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler