» » 5 min əhalisi olacaq sualtı şəhər

5 min əhalisi olacaq sualtı şəhər (FOTOLAR)

Bölmə: Dünya, MARAQLI, BLOK XƏBƏR
Yaponiyada suyun altında yeni şəhər inşa edilir5 min əhalisi olacaq sualtı şəhər

Xalqinfo.az-ın məlumatına görə,Publika.az xarici mətbuata istinadən xəbər verir ki, yeni yaşayış məskəninin 5 min sakini olacaq. Suyun altında yaşayacaq yeni şəhərin sakinləri balıq ovu, elmi-tədqiqat məsələləri və digər işlərlə məşğul olacaqlar.

Yeni şəhərin inşası ölkənin 5 ən böyük şirkətindən olan “Shimizu Corporation” (əsası 1804-cü ildə qoyulub) Yaponiyada ərazi, torpaq çatışmazlığı probleminin həllini dənizin altında yeni şəhər tikməkdə görür. Artıq yeni şəhərin dizaynı və arxitektura planı da hazırdır.

Layihənin müəllifləri suyun altında inşa olunacaq şəhərin 15 ilə hazır olacağını bildririlər.

Şirkətin mətbuat sözçüsü Masataki Noquçi yeni layihənin 25 milyard dollar investisiya tələb etdiyini bildirib.

Suyun altında şəhər layihəsi Tokio universiteti ilə Yaponiyanın Elmi-Geologi Dəniz Agentliyinin, habelə dövlət qurumlarından birinin birgə təşkilatçılığı ilə hazırlanıb. Burada 15 kilometrlik lift quraşdırılacaq. Şəhərin ətrafında nadir balıq növlərinin yetişdirilməsi ilə məxsus olacaq ferma da salınacaq. Maraqlıdır ki, yeni şəhərdə istirahət parkı, restoranlar və otellər də inşa ediləcək.
Kainat Şirin
5 min əhalisi olacaq sualtı şəhər
5 min əhalisi olacaq sualtı şəhər
5 min əhalisi olacaq sualtı şəhər

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler