» » Gürcüstan Ermənistana etiraz etdi

Gürcüstan Ermənistana etiraz etdi

Bölmə: Dünya
Gürcüstan Ermənistana etiraz etdiErmənistanın Gürcüstandakı səfiri Yuri Vardanyan Ermənistan spikeri Halust Saakyanın de-fakto Cənubi Osetiyanın Sxinval regionunun nümayəndəsi ilə görüşü barədə Gürcüstan XİN-ə çağırılıb. Bu barədə trend Novosti-Qruziya dərgisinə istinadən məlumar verir.

Cənubi Osetiya KİV-in iddiasına görə, de-fakto Gürcüstanın separatçı regionu Sxinvalın parlament spikeri olan Anatoli Bibilov ermənistanlı həmkarı Halust Saakyanın dəvətilə Azərbaycanın işğal altında olan ərazisində - Dağlıq Qarabağda səfərdə olub.

Nazirliyin məlumatında deyilir: “Gürcüstanın xarici işlər naziri Qiqi Qiqiadze Etmənistanın spikeri ilə Rusiyanın işğalçı rejimində Sxinval regionunun hazırki nümayəndəsi, qondarma “parlamentin sədri” ilə görüşündən olduqca narahat olduğunu bildirib”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler