» » Ehud Barak Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olub

Ehud Barak Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olub

Bölmə: Dünya
Ehud Barak Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olub
İsrailin hərbi və siyasi xadimi Ehud Barak Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv seçilib.


“Qafqazinfo” xəbər verir ki, 1999-2001-ci illərdə İsrail hökumətinə rəhbərlik etmiş, müxtəlif illərdə ölkəsinin müdafiə naziri, daxili işlər, xarici işlər naziri və digər postlarını tutmuş Ehud Barak aprelin 27-30 Bakıya səfər edəcək. Səfərin məqsədi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak etməkdir. Səfər çərçivəsində Ehud Barak Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin I Baş Assambleyasına da qatılacaq. Ehud Barak 2013-cü ilin mayında Bakıda təşkil olunmuş I Cənubi Qafqaz Forumunda da iştirak edib.

Qeyd edək ki, Ehud Barak 2005-ci ildə İsrailin Ynet xəbər agentliyinin apardığı sorğu nəticəsində dünyanın mövcud olmuş ən nüfuzlu 200 yəhudisindən biri seçilib. Ehud Barak həmçinin Fələstinlə sülh danışıqlarında Fələstinin ərazi bütövlüyünün tanınmasına cəhd edən İsrailin yeganə Baş naziri kimi də tanınır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler