» » ABŞ-dan İranı şoka salan qərar

ABŞ-dan İranı şoka salan qərar

Bölmə: Dünya
ABŞ-dan İranı şoka salan qərarPentaqon etirazlara rəğmən döyüş gəmisini Yəmən sahillərinə göndərdi
ABŞ Silahlı Qüvvələri bir hərbi təyyarə və bir döyüş gəmisinin Yəmənə göndərilməsi barədə qərar verib.

anspress-in məlumatına görə, bu barədə Pentaqonun mətbuat katibi Stiv Uorren açıqlama verib.

Onun sözlərinə görə, artıq hərbi təyyarə və döyüş gəmisi Yəmən istiqamətində yola çıxıb.

Uorren hərbi təyyarə və döyüş gəmisinin İranın Yəmənə silah göndərməsinin qarşısını almaq məqsədilə bölgəyə getdiyi ilə bağlı iddiaları rədd edib.

O bildirib ki, hərbi təyyarə və gəmi dənizdə təhlükəsizliyi təmin etmək məqsədilə Yəmən sahillərinə göndərilib. Gəmi Yəmən sahillərindəki digər yeddi döyüş gəmisinə qoşulacaq.

Qeyd edək ki, hazırda bölgədə 2 dağıdıcı, 2 mina daşıyan və 2200 ABŞ əsgərini daşıya bilən gəmi mövcuddur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler