» » "İmperator"un pərəstişkarları bu xəbərə sevinəcəklər

"İmperator"un pərəstişkarları bu xəbərə sevinəcəklər

Bölmə: Dünya
"İmperator"un pərəstişkarları bu xəbərə sevinəcəklərTürkiyənin məşhur sənətçisi İbrahim Tatlısəs barədə yeni xəbər yayılıb.

anspress-in məlumatına görə, Amerika Birləşmiş Ştatlarında (ABŞ) riskli əməliyyat keçirən türkiyəli məşhur müğənni İbrahim Tatlısəsin yenidən geniş izləyici kütləsi qarşısına çıxacağı deyilir. Bu barədə yerli telekanallardan birində aparıcılıq edən aktrisa Oya Aydoğan xəbər verib.

O bildirib ki, məşhur sənətçi özünü tamamilə yaxşı hiss etdikdən sonra “İbo şou” proqramı ilə yenidən efirlərə qayıdacaq. Hətta ilk proqramında çox yaxın dostu, ABŞ-da olarkən tez-tez onu ziyarət etməyə gələn Sibel Canı qonaq edəcəyi qeyd edilir.

Xatırladaq ki, İ.Tatlısəs 2011-ci ildə silahlı hücuma məruz qalıb. Başından silahla yaralanan müğənni illərdir ki, müalicə alır. O, uzun müddət davam edən müalicədən sonra, bu ilin fevralında Mayamidə yenidən əməliyyat olunmuşdu. 6 gün komada qalan İbonun hazırda səhhətinin yaxşı olduğu bildirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler