» » ürkiyədəki terror olayı hansı ölkədən idarə olunub?

ürkiyədəki terror olayı hansı ölkədən idarə olunub?

Bölmə: Dünya
ürkiyədəki terror olayı hansı ölkədən idarə olunub?
Türkiyədə prokurorun öldürülməsi ilə nəticələnən terror olayı ilə bağlı sensasion detallar üzə çıxıb.

Avropa.info xəbər verir ki, baş nazir Əhməd Davudoğlu terrorçuların xarici ölkələrin biri ilə telefon əlaqəsi saxladıqlarını və həmin ölkədən təlimat aldıqlarını bildirib.

"Bu girov götürmə olayı zamanı terrorçular xarici ölkələrlə telefon əlaqəsi qurublar. Bəzi mərkəzlərlə əlaqə saxlayıblar . Bütün bunları təqib edirik. Bu hadisə ilə bağlı kim olursa-olsun cəzalandıracağıq".

Davudoğlunun bu açıqlamasından sonra, terrorçuların hansı ölkələrlə və kimlərlə əlaqə saxlamaları gündəmə gəlib.

Açıqlama verən polis rəsmiləri bu ölkənin Yunanıstan olduğunu iddia ediblər. Polis rəsmilərinin dediklərinə görə, terroru törədən DHKP-C-nin lideri Hüseyn Fevzi hazırda Yunanıstanda yaşayır. Ümumiyyətlə isə solçu terrorçu təşkilat olan DHKP-C-nin əsas bazaları Yunanıstanda yerləşir.

"Terrorçularla aparılan danışıqlar zamanı, telefonla Yunanıstana davamlı məlumat verdiblər. Onlar məhz Yunanıstandan təlimat alaraq hərəkət edirdilər. Yunanıstandan vurun əmri gələndə isə terrorçular prokuroru vurdular. Bu istiqamətdə araşdırmalar davam edir".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler