» » Rusiya hərbi təlimlər

Rusiya hərbi təlimlər keçirir

Bölmə: Dünya
Rusiya  hərbi təlimlər Rusiya ordusu ölkənin cənubunda, ilhaq etdiyi Krımda, Gürcüstanın separatçı bölgələri Abxaziya və Cənubi Osetiyada hava hücumlarından müdafiə təlimləri keçirir.

Xalqinfo.az-ın məlumatına görə, Rusiya Cənub Hərbi Dairəsindən bildirilib ki, təlimlərdə 2 mindən çox hərbi qulluqçu, 500 ağır texnika və hava hücumlarından müdafiə birləşmələri iştirak edir.

Abxaziyadakı bazalar da daxil olmaqla ümumilikdə 12 məşq yerində keçirilən təlimlərin neçə gün davam edəcəyi bilinmir.

Xatırladaq ki, Rusiya Krımı Ukraynadan 2014-cü ilin martında ilhaq edib. Gürcüstanla isə 2008-ci ildə qısamüddətli müharibədən sonra onun separatçı bölgələri Abxaziya ilə Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıyıb.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler