» » Ən böyük yeraltı ordu

Ən böyük yeraltı ordu - Foto

Bölmə: Dünya
Ən böyük yeraltı ordu 1974-cü ildə Çinin Şaanxi əyalətində, Xian yaxınlığında bir kəndli quyu qazarkən torpaqdan düzəldilmiş bir əsgər tapır.

Beləliklə ilk Çin imperatoru Tsin Şi Huanqın məzarında olan və e.ə. 210-cu ildə düzəldilmiş olan bu heykəllər gün işığına çıxır. Qazıntılarla birlikdə ortaya çıxan və heç bir yerdən rast gəlinməyən bu böyük heykəldən ordu necə oldu ki, heç bir mənbədə qeyd edilmədən əsrlərlə torpağın altında qala bildi?

Tsin Şi Huanq, Çindəki bütün digər dövlətləri məğlub edərək Çin imperiyasını qurmuş və özünü imperator elan etmişdir. Məzarın inşası 40 il davam etmiş və 700 min işçi çalışmışdır. Bu məzar və ordusu sayəsində İmperator Tsin Şi öz adını minlərlə il sonra da eşitdirməyi, gücünü sonsuza qədər yaşatmaq niyyətində idi. İmperator həyatdaykən bir çox dəfə sui-qəsdə məruz qalır, hətta ölümü də süi-qəsd nəticəsində olur. Məhz bu səbəblərə görə özünü o biri dünyada da qoruyacaq güclü bir ordu təşkil etmə ehtiyacı hiss etmişdir.

Qazıntılar əsnasında arxeoloqlar 6000-dən parça ortaya çıxarıblar. Rütbələrinə görə təşkil edilmiş və heç biri heç birinə bənzəməyəcək şəkildə orijinal ölçülərdə düzəldilmiş əsgərlər (rütbəcə yüksək olanlar digər əsgərlərdən bir miqdar daha uzundur), tam təchizatlı zirehləri, atları və at arabaları insanı heyrətə salır.

1976-cı ildə ikinci bir qazıntı həyata keçirilmişdir. Bu qazıntıda da yeni bir ordu tapılmışdır. Bu ordu isə əvvəl olan ordudan fərqli olaraq bir yürüş ordusudur. Buradaki əsgərlərin üz ifadələri əvvəlki heykəllərdən daha həqiqidir.

Üçüncü qazıntı 1980-ci ildə edilmişdir. Bu qazıntıda .400 döyüşçü , 64 döyüş arabası və qruplara ayrılmış piyadalar, süvarilər və bölük komandirləri heykəlləri tapılmışdır. Dördüncü qazıntı ərazisi isə təəssüf ki, boş çıxmışdır. Heykəl əsgərlərin boyları 1.83 - 1.95 arasında dəyişir. Qazıntı ərazisində çoxu hələ torpaq altında olan 8000 əsgər, 520 atı olan 130 döyüş arabası, 150 süvari atı olduğu təxmin edilir.
Mənbə
Anspress.com

Ən böyük yeraltı ordu
Ən böyük yeraltı ordu
Ən böyük yeraltı ordu
Ən böyük yeraltı ordu
Ən böyük yeraltı ordu
Ən böyük yeraltı ordu
Ən böyük yeraltı ordu
Ən böyük yeraltı ordu
Ən böyük yeraltı ordu
Ən böyük yeraltı ordu
Ən böyük yeraltı ordu
Ən böyük yeraltı ordu
Ən böyük yeraltı ordu

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler