» » Yaşar Kamal dünasın

Yaşar Kamal dünasın dəyişdi

Bölmə: Dünya, Mədəniyyət
Yaşar Kamal dünasın  Türkiyənin məşhur yazıçısı Yaşar Kamal vəfat edib.


“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, yazıçı 92 yaşında, İstanbulda müalicə aldığı xəstəxanada keçinib. Yaşar Kamal 1 aydan çoxdur ki, ağciyər infeksiyasından əziyyət çəkirdi.

Artıq itki ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu yazıçının xanımı Ayşə Semiha Babana başsağlığı veriblər.

Qeyd edək ki, Kamal Yaşar “Nobel”ə namizəd olmuş ilk türk yazıçısı kimi tarixə düşüb. O, 1984-cü ildə Fransanın nüfuzlu legion ordeninə layiq görülüb. Yazıçının Türkiyənin cənubundakı feodal münasibətlərdən bəhs edən “Cılız Memet” romanı 40-dan çox dilə tərcümə edilib. Yaşar Kamal ümumilikdə 20-dən çox romanın və bir sıra hekayələrin müəllifidir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler