» » Dörd dövlət başçısı Ukrayna üçün yığışır-

Dörd dövlət başçısı Ukrayna üçün yığışır- taley həll olunur

Bölmə: Dünya, BLOK XƏBƏR
Dörd dövlət başçısı Ukrayna üçün yığışır-
Xalqinfo.az xəbər verir ki, Bu gün Belarusun paytaxtı Minskdə Ukraynadakı böhranla bağlı “Normand dördlüyü” formatında prezidentlərin görüşü baş tutacaq.

modern.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin, Ukrayna prezidenti Pyotr Poroşenko, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland Ukraynanın cənub-şərqində davam edən hərbi əməliyyatları dayandırmaq üçün çıxış yolları axtaracaq.

Diplomatik dairələr görüşdə əsas müzakirə mövzuları həm separatçıların, həm də rəsmi Kiyevin ağır silahları təmas xəttində geri çəkməsi, hərbisizləşdirilmiş zolağın yaradılmasını və bundan sonra iki tərəf arasında davamlı sülh danışıqlarının aparılması olacaq. Almaniya, Fransa və ATƏT Ukraynada sülhün bərqərar olması üçün Rusiyanın separatçılara təsir göstərməsini istəyir.

Atəşkəsin əldə olunmasında maraqlı olan Vladimir Putin isə bütün ukraynalıların mənafeyinə xidmət edəcək konstitusiya layihəsinin hazırlanmasına ehtiyac olduğunu düşünür.

“Normand dördlüyü”nün Minsk görüşü ərəfəsində ABŞ tərəfinin təşəbbüsü ilə

Vladimir Putin və Barak Obama arasında telefon danışığı baş tutub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler