» » Erməni kilsəsi İsveçrə bankında hesabı olduğunu etiraf edib

Erməni kilsəsi İsveçrə bankında hesabı olduğunu etiraf edib

Bölmə: Dünya
Erməni kilsəsi İsveçrə bankında hesabı olduğunu etiraf edib
Erməni apostol kilsəsi İsveçrənin HSBC bankında hesabının olduğunu etiraf edib.

APA-nın BBC-yə istinadən məlumatına görə, Eçmiadzinin mətbuat katibi hesabın katalikos II-ci Qareqinə sələfindən qaldığını bildirib.

Hesabda 2006-2007-ci illərdə 1 milyon ABŞ dolların olduğu qeyd olunur. “Monastır vergi ödəyicisi deyil, katalikos isə vergi məsələlərində toxunulmazlıq statusuna malikdir”, deyə mətbuat katibi qeyd edib.

Məlum olduğu kimi, jurnalist araşdırmaları beynəlxalq konsorsiumu (ICIJ) HSBC bankının Cenevrə filialının fəaliyyətini tədqiq edərkən məlum olub ki, bank narkotik və silah alverçiləri və digər cinayətkarlara gizli hesablar açırmış. Bir çox müştərilər isə vergilərdən yayınmaq məqsədilə bankın xidmətlərindən istifadə edirmiş.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler