» » Obamadan Rusiyaya savaş elanı kimi hədə: "...

Obamadan Rusiyaya savaş elanı kimi hədə: "... bu cür davam etsə"

Bölmə: Dünya, BLOK XƏBƏR
Obamadan Rusiyaya savaş elanı kimi hədə: "...
ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı savaş elanı kimi təhdid yollayıb. Musavat.com xəbər verir ki, Almaniya kansleri Merkellə görüşündən sonra mətbuat qarşısında açıqlama verərkən, B. Obama deyib ki, Rusiya geri çəkilmək əvəzinə, daha da aqressivləşir. ABŞ prezidenti Merkelin Ukrayna krizisi ilə bağlı fəaliyyətini yüksək qiymətləndirib və deyib ki, müttəfiqlər olaraq onlar mühüm bir qərar veriblər: Stratejiləri davam etdirmək, Mərkəzi və Şərqi Avropadakı prosesləri barışcıl hala gətirmək, təhlükəsizlik məsələlərini həll etmək, BVF ilə anlaşaraq, Ukraynanın özünü müdafiə qabiliyyətini artırmağa kömək etmək. Obama deyib ki, Rusiya bu cür davam etsə, bütün dünyadan izolə ediləcək və bunun nəticələrinə qatlanmağa məcbur olacaq.

"Rusiya bu krizisdə böyük bədəl ödədi... Biz diplomatik çözümdən yanayıq. Lakin onlar nəticə verməsə, biz Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirəcəyik. Biz Putinin Ukrayna məsələsindəki qərarlılığını dəyişdirmək üçün digər seçənəkləri də masaya yatıracağıq. Ukraynaya silah yardımı mövzusunu da müzakirə etdik. Lakin hələlik bir qərara varmadıq. Digər müttəfiqlərimizlə də bu mövzuda müzakirələr aparıb, paket variant hazırlayacağıq. Əlimizdən gələn hər şeyi edəcəyik ki, Ukrayna böhranı həll edilsin ".

Xanım Merkelsə deyib ki, onlar Ukraynanın torpaq bütövlüyü prinsipindən kənara çəkilməyəcəklər: "Hələlik addım sayıla biləcək heç bir nəticə yoxdur. Əsas çalışdığımız budur ki, Ukraynanın şərqində atəşkəsə nail olaq".

Musavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler