» » “Erməni diasporu rahat dayanmır”

“Erməni diasporu rahat dayanmır”

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
“Erməni diasporu rahat dayanmır”"Kiminsə sifarişi ilə biz erməni soyqırımını qəbul etmək məcburiyyətində deyilik. Arxivlərimizi açmışıq. Ermənistanın varsa, arxivi onlar da çıxarsın. Üçüncü ölkələrdə varsa, onlar da çıxarsın”.

aznews.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident Sarayında “TRT” telekanalının efirində Nasuhi Güngörün aparıcılığı ilə Akif Beki, Saadet Oruç, Hilal Kaplan və Mahmut Övürun suallarını cavablandıran Ərdoğan 1915-ci il hadisələri ilə bağlı bir suala belə cavab verib:
"Bu məsələ ilə bağlı olaraq bildiniz kimi 23 apreldə mənim məktubum olmuşdu və məktubuma qarşı əlbəttə biz Ermənistandan müsbət cavab almamışıq. Amma dünyanın bir çox yerində, hətta getdiyim, görüşdüyümüz liderlər və ya bizə gələnlərin hamısı məktubumuza görə bizə məmnunluqlarını ifadə ediblər. Amma bu erməni diasporu rahat dayanmır. Onlar yenə də aləmi qarışdırmağa davam edirlər. Bizim bir vəzifə kimi hər şeyi qəbul etməyimiz mümkün deyil. Yəni kiminsə sifarişi ilə biz erməni soyqırımını qəbul etmək məcburiyyətində deyilik. Biz deyirik ki, bu məsələdə səmimi olun, özünüz gəlin, tarixçilərlərlə görüşün. Qoy tarixçilər bu məsələdə çalışsınlar. Arxivlərimizi açaq. Biz arxivlərimizi açdıq. Bir milyondan artıq bununla bağlı sənəd ortaya çıxardıq. Ermənistanın varsa, arxivi onlar da çıxarsın. Üçüncü ölkələrdə varsa, onlar da çıxarsın. Amma onlar bunu etmirlər. Əgər həqiqətən bunun nəticəsində bizlərin bir günahı varsa, ödəməyimiz lazım olan hər şeyi ödəyərik.
Sadəcə gördükləri iş budur: "Türkiyə günahkardır”. Belə deməklə Türkiyə günahkar olmaz. Dünyada bu diaspor fəaliyyətlərinə qarşı zəif olduğumuz ortadadır. Burada həm fərqli ittifaqlar da var. Bunu da demək məcburiyyətindəyəm. Mən məktubumda yazdım ki, onlardan ölənlər olduğu kimi Osmanlıdan da ölənlər oldu”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler