» » Rusiyada azərbaycanlı məhbus intihar etdi

Rusiyada azərbaycanlı məhbus intihar etdi

Bölmə: Dünya
Rusiyada azərbaycanlı məhbus intihar etdiRusiyanın Çelyabinsk vilayətinin Kasli cəzaçəkmə müəssisəsində azərbaycanlı məhbus asılmış vəziyyətdə tapılıb
apa-nın “telefakt.ru” saytına istinadən verdiyi məlumata görə, 25 yaşlı məhkumu turnikdə ipdən asılmış vəziyyətdə başqa bir məhbus aşkar edib.

Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları gəliblər.

İlkin ehtimala görə, o, özünə qəsd edib.

Rusiya Federasiyası İstintaq Komitəsinin Çelyabinsk vilayəti üzrə İstintaq İdarəsinin məlumatına görə, meyidə ilkin baxış zamanı üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib.

Qeyd edək ki, adı açıqlanmayan azərbaycanlı məhkum Tümendə baş vermiş zorlanma faktı ilə əlaqədar cəzasını ümumi tipli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilib. 1 il əvvəl həbsxanaya düşən məhbusun cəzası 2021-ci ildə bitməli idi.

Hadisənin motivləri və baş vermə şəraiti araşdırılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler