» » İordaniyada 40 günlük matəm elan edildi

İordaniyada 40 günlük matəm elan edildi

Bölmə: Dünya
İordaniyada 40 günlük matəm elan edildiİordaniya Səudiyyə Ərəbistanı kralı Abdullah ibn Əbdüləzizin vəfatı ilə əlaqədar 40 gün matəm elan edib.

Bu barədə trend İordaniyanın Petra informasiya agentliyinə istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, İordaniya Haşimilər Krallığının başçısı II Abdullah İbn Əl-Hüseyn Səudiyyə Ərəbistanı kralının vəfatı ilə əlaqədar Davos forumunda iştirakını yarımçıq qoyaraq Səudiyyə Ərəbistanına gedib.

Dünən Səudiyyə Ərəbistanının kralı Abdullah ibn Əbdüləziz vəfat edib. Ötən həftə səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilən krala qaraciyər sətəlcəmi diaqnozu qoyulmuşdu. Vəfat edən kralın yerinə vəliəhd şahzadə Salman ibn Əbdüləziz təyin olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler