» » Sərnişinləri yaralayan şəxsin kimliyi açıqlandı

Sərnişinləri yaralayan şəxsin kimliyi açıqlandı

Bölmə: Dünya
Sərnişinləri yaralayan şəxsin kimliyi açıqlandıİsrailin Təl-Əviv şəhərində 10 nəfəri bıçaqla yaralayan şəxsin kimliyi açıqlanıb.

aznews.az xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.

İsrail polisi naməlum şəxsin 23 yaşlı fələstinli olduğunu deyib: “O, İsrailə Fələstinin Tulkarma şəhərindən qeyri-qanuni yolla gəlib. Ancaq hələlik bu terakt hadisəsini Fələstinin heç bir qruplaşması öz öhdəsinə götürməyib”.

Qeyd edək ki, sərnişin avtobusunda yaralanan 10 nəfərdən ikisinin vəziyyəti ağırdır.

“Bir az öncə deyildiyi kimi həmin şəxs hadisə yerindən qaçarkən öldürülməyib, sadəcə ayağından yaralanaraq həbs edilib”, - deyə polis idarəsindən bildiriblər.

“Həmas” hərəkatının Qəzza zolağı üzrə rəsmi nümayəndəsi İzzət ar-Rəşək özünün Twitter səhifəsində yazıb ki, İsrail Fələstin xalqına qarşı terror həyata keçirir: “Bu, Fələstin torpaqlarının İsrail tərəfindən işğal edilməsinə bir cavabdır”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler