» » Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu

Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" olduTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan prezidenti Serj Sarkisyanı aprelin 24-də Çanaqqala qələbəsinin 100 illiyinin qeyd edilməsi münasibətilə təşkil olunacaq bayram şənliklərinə dəvət edib.

Bu barədə trend Türkiyənin "Milliyet" qəzetinə istinadən məlumat verib.

Məlumata əsasən, Ərdoğan Sarkisyanla yanaşı, 102 dövlət rəsmisini 24 apreldə Çanaqqala qələbəsinin 100 illiyinin qeyd edilməsi üçün təşkil olunacaq şənliklərə dəvət edib.

Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə aprelin 24-də Çanaqqala döyüşündə qazanılmış qələbənin 100 illiyinin qeyd ediləcəyini bildirib.

Onun sözlərinə əsasən, həmin gün Türkiyəyə bir sıra ölkələrin dövlət başçıları dəvət ediləcəklər.

Qeyd edək ki, Ermənistan aprelin 24-də qondarma "erməni soyqırımı"nın 100 illiyini qeyd etməyə hazırlaşır.

Şərh Yaz
ŞƏRH(1)

Niyazi Fətullayev 17 yanvar 2015 12:09
Prezident Rəcəb Tayyib Ərdoğanın ermənistan rəbərini
Çanaqqala doyüşündəki qələbənin 102 illiyinə dəvət
etməsi,böyük bir siyasi, hücum xarakterli addımdır.
Şahmat dili ilə desək, atla hucuma keçmək, şah demək
başqa fiqurlar üçün nə qədər təhlükəlidir...ƏLA!
ALLAH KÖMƏY OLSUN.
Çit          1

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler