» » Rusiyada tanınmış iş adamı qətlə yetirildi

Rusiyada tanınmış iş adamı qətlə yetirildi

Bölmə: Dünya
Rusiyada tanınmış iş adamı qətlə yetirildiRusiyanın Kemerovo vilayətində tanınmış biznesmen, “Melkorm” müəssisəsinin sabiq direktoru yaşadığı binanın qarşısında qətlə yetirilib.

apa-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, 41 yaşlı Dmitri Rıjenkovun üzərində odlu silah yaraları olan meyidi səhər saat 8:35-də aşkarlanıb.

Bildirilir ki, onu gözləyən sürücüsü atəş səsləri eşitdikdən sonra biznesmenin yaralandığını görüb. Dərhal hadisə yerinə təcili tibbi yardım və polis çağırıb. Lakin yaralı təcili tibbi yardım gələnədək dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler