» » İran nüvə təlimi keçirdi

İran nüvə təlimi keçirdi

Bölmə: Dünya
İran nüvə təlimi keçirdiİranın İsfahan vilayətinin Natanz şəhərində yerləşən nüvə obyektində potensial düşmənin hücumunun dəf edilməsi ilə bağlı təlimlər keçirilib.

Bu barədə report ISNA-ya istinadən xəbər verir.

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehinin iştirak etdiyi təlimlərə nüvə obyektinin təhlükəsizlik sisteminin bütün potensialı cəlb olunub, şərti düşmənin bütün hücumları dəf edilib.

Natanz nüvə obyekti İranın mərkəzi hissəsində, Kaşan və İsfahan şəhərlərinin arasında yerləşir və ölkənin ən mühüm nüvə obyektlərindən biridir. Mərkəzdə nüvə reaktorlarında yanacaq kimi istifadə etmək üçün aşağı səviyyədə zənginləşdirilmiş uran istehsal olunur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler