» » İran Venesuela ilə

İran Venesuela ilə müqavilə imzaladı

Bölmə: Dünya, BLOK XƏBƏR
İran Venesuela ilə İran və Venesuela neftin qiymətinin düşməsinə qarşı birgə əməkdaşlıq haqqında müqavilə imzalayıb.

XALQİNFO.AZ-ın məlumatına görə, müqavilə Venesuela prezidenti Nikolas Maduronun İrana bir günlük səfəri zamanı imzalanıb.

Görüş zamanı İran prezidenti Həsən Ruhani bildirib ki, neftin qiymətinin düşməsinin əsl səbəbi siyasətdir, iqtisadiyyat deyil. "İran və Venesuelanın ümumi düşmənləri neftdən siyasi silah kimi istifadə edirlər. Neftin qiymətinin düşməsində də onların özünəməxsus rolları var", - deyə Ruhani əlavə edib.

Nikolas Maduro isə qeyd edib ki, İran və Venesuela OPEK ölkələri, Rusiya da daxil olmaqla bütün neft ixracatçısı olan ölkələr üçün neftin qiymətinə nəzarət edilməsində ümumi razılıq əldə etməlidirlər.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler