» » İsa peyğəmbərin mühakimə olunduğu yer tapıldı

İsa peyğəmbərin mühakimə olunduğu yer tapıldı

Bölmə: Dünya
İsa peyğəmbərin mühakimə olunduğu yer tapıldıİsrailli arxeoloqlar Qüdsdə İsa peyğəmbərin mühakimə olunduğu məkan olması ehtimal edilən yeri tapıblar.


Xalqinfo.az Azərtac-a istinadən xəbər verir ki, “The Washington Post” qəzetinin verdiyi məlumata görə, tədqiqatçılar “David qülləsi” muzeyinin yaxınlığında 15 ildən bəri aparılan qazıntı işləri zamanı baxımsız qalmış bir binanın qalıqlarını aşkar ediblər.

Arxeoloqlar biliriblər ki, əvvəlcə türklərin, sonra britaniyalıların hakimiyyəti dövründə bu tikilidən həbsxana kimi istifadə edilib. İndi isə onlar İrod Antipanın sarayının qalıqlarını aşkar etdiklərini bildirirlər. Alimlər hesab edirlər ki, İudeya prefekti Ponti Pilat İrodun qonağı olarkən İsa peyğəmbəri məhz orada ölüm cəzasına məhkum edib.

Şimali Karolina Universitetinin arxeologiya üzrə professoru Şimon Gibson məhkəmə prosesinin İrod Antipanın sarayında keçirilməsinə əmindir. O, İohannın İncilinə istinadla bildirir ki, məhkəmə prosesinin saray darvazaları yaxınlığında, çay daşları döşənmiş nahamar küçədə keçirilməsi İncildə qeyd olunur. Gibsonun fikrincə, bu təfərrüat “David Qülləsi”nin yaxınlığında aşkar edilmiş arxeoloji tapıntılara uyğun gəlir.

İsa peyğəmbərin mühakiməsinin harada aparılması barədə başqa ehtimallar da var. Bu fərziyyələrin birinə görə, proses hərbi kazarmaların ərazisində olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler