DataLife Engine > DÜNƏNDƏN-BUGÜNƏ, GÜNDƏM > Adnan Oktar Azərbaycanla bağlı ittihamlara cavab verdi

Adnan Oktar Azərbaycanla bağlı ittihamlara cavab verdi


19-08-2017, 19:07. Yerləşdirdi: sefa Adnan Oktar Azərbaycanla bağlı ittihamlara cavab verdi
Ötən gün Qarabağ münaqişəsi ilə bağlı qalmaqallı açıqlamaları ilə sosial şəbəkələrdə qınaq obyektinə çevrilən türkiyəli yazıçı Adnan Oktarın Azərbaycanla bağlı daha bir videosu yayılıb.

Oxu.Az-ın xəbərinə görə, A.Oktar bu dəfə Türkiyənin A9 telekanalının efirində Azərbaycan-Türkiyə qardaşlığından danışıb.

“Azərbaycanı biz qırx ildən çox dəstəkləyirik. 40 ildən çox Türkiyə və Azərbaycan birləşsin deyə cəhd edirik. İki millət, iki dövlət, amma sonra nə oldu? Bir millət, iki dövlət oldu. Bir millətik biz azərbaycanlılarla. Onlar bizim canımız, parçamız, ruhumuz, baş tacımızdır. Azərbaycan çox sevdiyimiz, canların bir yerdə olduğu ölkədir. Allah Azərbaycanı müvəffəq etsin, gözəllik, xeyir versin. Allah nuru ilə əhatə etsin. Azərbaycanın əleyhinə olanları Allah həlak etsin. Azərbaycanın xeyri üçün çalışanlara da, Allah xeyir nəsib etsin”, - o, deyib.

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə yayılan videoda A.Oktar ermənilərə Azərbaycanda nifrət edən hər kəsi it adlandırıb. Onun yaxın ətrafındakı mənbə isə həmin videonun montaj olduğunu bildirib.


Geri qayıt