» » ““Müsavat” iqtidarın ətəyindədir” - AXCP-dən sərt ittiham

““Müsavat” iqtidarın ətəyindədir” - AXCP-dən sərt ittiham

Bölmə: DÜNƏNDƏN-BUGÜNƏ, MANŞET
““Müsavat” iqtidarın ətəyindədir” - AXCP-dən sərt ittiham
Bir neçə gün öncə Müsavat Partiyası üzvü, sabiq deputat İkram İsrafilin oğluna etdiyi toyda YAP funskioneri, deputat Aydın Mirzəzadənin iştirakı AXCP tərəfindən etirazla qarşılanıb.


“Qafqazinfo”nun verdiyi xəbərə görə, Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı sosial şəbəkədə Müsavatın onları həmişə yarıda qoyduğunu qeyd edib: “Neçə illər çalışsaq da bu adamlardan bizə müttəfiq olmadı, həmişə yarıda qoyub qaçdılar.

İddia edirlər ki,Əhəd Abıyev mənim qayınatamdır və mən də Əli Kərimlinin müavini olduğum üçün sabah övladlarımın toyunda Əli bəy Əhəd Abıyevlə birgə otura bilərmiş. Əvvəla Əhəd Abıyev mənim qayınatam deyil, rəhmətə getmiş qayınatamın qardaşdır. 2010-cu ilin parlament seçkilərində efirdə iqtidarın sifarişi ilə Əhəd Abıyev özünə aid olan sözlərlə AXCP liderinə qarşı təhqir səsləndirdiyi üçün bütün xalqın gözü qarşısında mən ona layiq olduğu ağır cavabı verdim. Bununla da göstərdim ki, məndən ötrü formal qohumluq bağının heç bir dəyəri və anlamı yoxdur”.

F.Qəhərmanlı müsavatçıları “əqidə sahibi olmayanlar” adlandırıb: “Görünür əqidə sahibi olmayanlar və ya ailəlikcə ideya sahibi olmağın nə demək olduğunu anlamayanlar üçün Əhəd kimisini toya dəvət etməkdə qəbahət bir şey yoxdur ki, bizi də bu cür görürlər. Zatən yayılan şəkillərdən görünür ki,YAP-çılarla badə qaldırıb sağlıq vurmaqda bu adamlar qəbahət heç nə görmürlər.

Yox, bəylər biz sizdən fərqliyik və ona görə də sizlər cəbhəçi əxlaqı, cəbhəçi prinsipiallığı nədir bunu anlaya bilməzsiniz.

Mən Əli bəyi həm də ona görə lider sayıram ki, o da fotodakı şəxslər kimi YAP-çılarla duz-çörək kəsməz. Görünür sizlər bu cür olmadığınız üçün liderləriniz də sizə layiqdirlər. Bu da sizin seçiminizdir, istədiyiniz qədər "Aydın"lanın. Ancaq heç olmasa ayıbınıza kor olub mənən sizdən uca olanlara dil uzatmayın. Bu artıq siyasət deyil, daha çox həya məsələsidir. Bizlər siyasətdə necəyiksə, gündəlik həyatımızda da eləyik. Ona görə də indi meydanda biz, iqtidarın ətəyində isə sizsiniz”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler