» » "“Qarabağ”ın tarixi uğuruna görə çox sevincliyik" -

"“Qarabağ”ın tarixi uğuruna görə çox sevincliyik" - Rövnəq Abdullayev

Bölmə: DÜNƏNDƏN-BUGÜNƏ, GÜNDƏM
"“Qarabağ”ın tarixi uğuruna görə çox sevincliyik" -
“Qarabağ”ın qazandığı bu tarixi uğurun şahidi olduğumuz üçün çox sevincliyik”.

Xalqinfo.az xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə bağlı fikirlərini assosiasiyanın rəsmi saytına açıqlamasında deyib.

O bildirib ki, bu nailiyyət Azərbaycan futbolunda yazılmaqda olan böyük tarixin ilk sətirləridir.

""Qarabağ” uğura doğru səbrlə, addım-addım irəlilədi və nəhayət, hər birimizin arzuladığımız sevinci bizə yaşatmağı bacardı. Azərbaycan futbolunda bir ilkə imza atan “Qarabağ” Futbol Klubunun rəhbərliyini, məşqçilərini, inzibati heyətini, futbolçularını və təbii ki, bütün oyunlarda komandaya inanan, dəstəyini əsirgəməyən azarkeşləri bu zəfər münasibətilə təbrik edirəm.

Azərbaycan futbol ictimaiyyəti adından “Qarabağ”a Çempionlar Liqasının qrup mərhələsində uğurlar arzulayıram”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler