» » Səudiyyədən Azərbaycanla bağlı xəbərə -

Səudiyyədən Azərbaycanla bağlı xəbərə - Reaksiya

Bölmə: DÜNƏNDƏN-BUGÜNƏ, GÜNDƏM
Səudiyyədən Azərbaycanla bağlı xəbərə -
Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyi bəzi kütləvi informasiya vasitələrində Səudiyyə Ərəbistanı hökumətinin yenidən həccə getmək istəyən zəvvarlar üçün vergi tətbiq etməsi barədə yaydığı məlumatlara aydınlıq gətirib.

Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, bu məlumatlarda viza rüsumu ilə vergi məfhumu qarışıq salınır:

“Səudiyyə Ərəbistanı Krallığı həcc və ümrə ziyarətçilərinə göstərdiyi xidməti dərk edərək, ilk dəfə həccə və ümrəyə gələn müsəlmanların viza xərclərini tam olaraq hökumət hesabına ödəyir. Başqa sözlə, birinci dəfə yerinə yetirilən həcc və ümrə üçün viza rüsumu ödənilmir, Səudiyyə Ərəbistanı hökuməti bu rüsum xərcini özü çəkir.

Bir dəfədən artıq həcc və ümrə ziyarəti yerinə yetirmək istəyənlərə isə viza rüsumu tətbiq olunur. Birdən çox ziyarət edənlərə viza rüsum tətbiqinin səbəbi, İslam dininin beşinci ən vacib əməli sayılan həcci, eləcə də ümrəni ilk dəfə yerinə yetirənlər üçün daha yaxşı fürsət yaratmaq və onu əlçatan etməkdir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler