» » Rusiyadan alınan döyüş texnikası ölkəmizə gətirildi - Video

Rusiyadan alınan döyüş texnikası ölkəmizə gətirildi - Video

Bölmə: DÜNƏNDƏN-BUGÜNƏ, BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
Rusiyadan alınan döyüş texnikası ölkəmizə gətirildi - Video
Rusiya istehsalı olan müasir döyüş texnikası, silah, sursat və digər hərbi avadanlıqların Azərbaycana gətirilməsi prosesi davam edir. İki ölkə arasındakı hərbi-texniki əməkdaşlığa dair razılaşmaya əsasən ən yeni döyüş vasitələrinin növbəti hissəsi ölkəmizə çatdırılıb.

"Xalqinfo" Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı limanına artilleriya və raket sistemləri üçün gətirilən çoxlu sayda mərmilər, raketlər və digər hərbi-texniki əmlak düşmənin döyüş vasitələrinin, mühəndis-istehkam qurğularının, canlı qüvvəsinin və geniş ərazidə obyektlərinin dəqiq zərbə ilə məhv edilməsi üçün nəzərdə tutulub.

Eşalonlaşdırılan döyüş sursatları cəbhədə yerləşən qoşunların döyüş imkanlarını xeyli gücləndirəcək.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler