» » Alman deputatdan erməni təxribatı ilə bağlı bəyanat

Alman deputatdan erməni təxribatı ilə bağlı bəyanat

Bölmə: DÜNƏNDƏN-BUGÜNƏ, GÜNDƏM
Alman deputatdan erməni təxribatı ilə bağlı bəyanat
Erməni vəhşiliyi nəticəsində Füzuli rayonun Alxanlı kəndində Sahibə Quliyeva və onun ikiyaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Berlin ofisi tərəfindən verilən sorğuya cavab olaraq Almaniya Bundestaqın Xristian Demokrat İttifaqından olan deputatı Marko Vandervitz bəyanatla çıxış edib.

Xalqinfo” xəbər verir ki, bəyanatda deyilir:

“Bu həftə günahsız dinc sakinlər Dağlıq Qarabağ münaqişəsinin qurbanı olublar. Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz yerləşən Ermənistan silahlı qüvvələrinin iri çaplı silahlardan açdıqları atəş nəticəsində bir qadın və onun iki yaşlı nəvəsi qətlə yetirilib. Bu atəş nəticəsində ağır yaralanan digər dinc sakinlər tibb müəssisələrində intensiv müalicə olunurlar. Biz münaqişənin daha da kəskinləşməsindən ehtiyat edirik.

Bu münaqişənin həlli yalnız sülh yolu ilə əldə oluna bilər. Buna nail olmaq üçün ilk növbədə dinc əhalinin atəşə tutulması dayandırılmalıdır. Torpaqların işğalı, eləcə də qaçqın və məcburi köçkünlərlə bağlı yaranmış vəziyyət artıq dözülməzdir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası artıq bir neçə dəfə ərazidən erməni qoşunlarının çıxarılmasını tələb edib. Cənubi Qafqazda sülhün bərqərar olması və insan tələfatının qarşısının alınması məqsədilə bu qətnamələr yerinə yetiriməlidir”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler